Ötən gecə Günəşdə M güc sinfinə aid üç partlayış baş verib.
Milli.Az xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, oktyabrın 16-da Moskva vaxtı ilə saat 01:28-də M2.7 (51 dəq), 02:45-də M2.4 (15 dəq) və 03:28-də M1.1 (7 dəq) partlayışlar qeydə alınıb. Hər üçü eyni Günəş ləkələri qrupunda olub.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. A sinfi ən zəif, X isə ən güclü partlayışları göstərir. Partlayışlar Günəş plazmasının emissiyaları ilə müşayiət olunur və bu buludlar Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Asya
Milli.Az