Əməkdar artistin vəziyyəti ağırlaşdı

16 Oktyabr 2025 15:16

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır.

Milli.Az xəbər verirki, bu barədə "Report"a aktyorun oğlu Yaşar Muradov məlumat verib.

Onun sözlərinə görə, atasının müalicəsi Mərkəzi Klinik Xəstəxanada davam etdirilir:

"Təzyiqi düşüb, neçə gündür, qızdırması çox yüksəkdir. Hissiyyatı tamamilə itib".

Milli.Az