Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun fəaliyyətinə xitam verilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurası qərar qəbul edib.
MHŞ Anar Sadıqovun hakimlik fəaliyyətinə öz ərizəsi əsasında xitam verib.
Qeyd edək ki, Anar Sadıqov hakimlik fəaliyyətinin dayandırilmasi ilə bağlı Məhkəmə-Hüquq Şurasına ərizə ilə müraciət edib. O, bunu hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi ilə əsaslandırıb.
Milli.Az