Tovuzda baş verən qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
Milli.Az xəbər verir ki, Səbuhi Hacızadə ötən gün Monteneqrodan yaşadığı rayona gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 29 yaşlı Mətanət Hacızadənin atası evinə gəlib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.
Səbuhi Hacızadə qətli törətdikdən sonra video çəkib.
O, videoda hadisəni törətdiyini etiraf edib və öz canına qəsd edəcəyini deyib.
S.Hacızadə əlindəki qanlı bıçağı göstərərək cinayəti qısqanclıq zəminində törətdiyini, həbsdən qorxmadığını, lakin yaşamaq istəmədiyini dilə gətirib.
Videoda şiddət olduğu üçün görüntüləri təqdim etmirik.
Qeyd edək ki, onların 3 azyaşlı oğlu var.
Hazırda S. Hacızadənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir. /Lent.az
14:02
Tovuz rayonunda qətl hadisəsi törədilib.
Milli.Az xəbər verir ki, Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə polis tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Milli.Az