Azərbaycanda evlər bahalaşıb - RƏSMİ

16 Oktyabr 2025 12:12

Bu ilin III rübündə Azərbaycanda mənzillərin bahalaşması qeydə alınıb.

Milli.Az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Belə ki, 2025-ci ilin III rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin II rübü ilə müqayisədə 1,6 faiz bahalaşıb.

Bahalaşma ilkin mənzil bazarı üzrə 3,2 faiz, təkrar mənzil bazarı üzrə 1,6 faiz təşkil edib.

Bununla yanaşı, 2025-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında qiymət indeksi 2024-cü ilin eyni dövrünə nisbətən 12,7% artıb.

Bu dövr ərzində bahalaşma ilkin mənzil bazarında 12,5%, təkrar mənzil bazarında isə 12,8% olub.

Milli.Az