Emin Cəfərov UEFA-dan təyinat aldı

16 Oktyabr 2025 13:32

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsində oktyabrın 23-də keçiriləcək "Şkendiya" (Şimali Makedoniya) - "Şelburn" (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.

Milli.Az