Yaşlı qadın avtobusun altında qaldı - VİDEO

16 Oktyabr 2025 12:20

66 yaşlı qadın avtobusun altında qalıb.

Milli.Az xəbər verir ki, Vladivostokda ( Rusiya ) 66 yaşlı pensiyaçı avtobusa minməyə çalışarkən sürücü hərəkətə başlayıb.

Görüntülərdə qadının hərəkət edən avtobusa minməyə çalışdığı görünür. Cəhdi uğursuz alınır və o asfalta düşür. Avtobus sürücüsü dərhal köməyə çatır.

Məlumata görə, avtobus qadının əlinin üzərindən keçib. O, dərhal xəstəxanaya çatdırılıb.

İsmayıl
Milli.Az