Pitbul sahibini parçalayıb öldürdü

16 Oktyabr 2025 22:00

ABŞ-nin Texas ştatında 45 yaşlı Xose Kastilyo evində saxladığı iki pitbulun hücumuna məruz qalıb.

Milli.Az xəbər verir ki, o, itlərin hücumu zamanı qonşu kişiyə kömək etməyə çalışsa da, itləri dayandıra bilməyib.

Polis heyvanları güllələdikdən sonra itlər ondan əl çəkib, lakin artıq gec olub. Kastilyo hadisə yerində ölüb.

Asya
Milli.Az