“28 May”a gediş-gəliş belə tənzimlənəcək

16 Oktyabr 2025 10:13

Metronun "Cəfər Cabbarlı" stansiyası istiqamətində iki tunel tikiləcək. Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə "28 May" stansiyasından "Dərnəgül" stansiyası istiqamətinə doğru qatarların hərəkəti təşkil edilməyəcək. Məlumata görə, qatarlar "Dərnəgül"-"Nizami" stansiyaları arasında hərəkət edəcəklər.

Tunelin tikintisi başladıqdan sonra metronun "28 may" stansiyası ətrafına getmək istəyənlər üçün hansı nəqliyyat vasitəsi daha əlçatan olacaq? Sərnişinlərin rahat gediş-gəlişinin təşkili üçün hansı addımlar atılacaq?

200 metrlik tunelin tikintisi başladıqdan sonra sərnişinlərin yerüstü ictimai nəqliyyatla yönləndirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə həyata keçiriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilib ki, hazırda bununla əlaqədar birgə monotorinqlərin nəticələrinin təhlili və texniki xarakterli işlər davam etdirilir.

"Yekun qərarlar barədə məlumatlar ictimaiyyətə təqdim olunacaq",- qurumdan əlavə olunub.

Milli.Az