İstanbulun Esenyurt şəhərində avtomobillə gələn şəxs qəhvəxanada oturan gənclərə silahlı hücum edib.
Milli.az xəbər verir ki, gənclər saniyələr ərzində xilas olsalar da, güllələr ətrafdakı maşınlara dəyib.
Hadisəyə görə, saat 19:00 radələrində İstanbulun Esenyurt şəhərinin Sultaniyyə məhəlləsində, 614 küçəsində yerləşən qəhvəxanaya avtomobillə gələn naməlum şəxs orada oturan gəncləri hədəfə alaraq avtomat silahdan atəş açıb. Hücumu görən gənclər sürətlə qaçsalar da, təşviş içində olan təcavüzkar fərq qoymadan atəş açmağa davam edib. Hücum edən şəxs daha sonra maşınına minərək hadisə yerindən qaçıb.
Hücumun hədəfində olan gənclər və qəhvəxananın digər sakinləri saniyələr ərzində sağ-salamat xilas olublar. Güllələrdən bəziləri yaxınlıqda dayanmış avtomobillərə dəyib.
Milli.Az