3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar

16 Oktyabr 2025 12:00

Hindistanın ən varlı iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani ötən gecə keçirilən möhtəşəm tədbirdə zərifliyi və dəbdəbəsi ilə diqqət mərkəzinə çevrilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı Nita Ambani görünüşünü tamamlamaq üçün 1,7 milyon dollar (təxminən 3 milyon manat) dəyərində, brilyant qaşlarla bəzədilmiş çanta seçib.

Tanınmış "Manish Malhotra" brendinin ev sahibliyi etdiyi gecəyə qatılan Nita Ambani həmin atelyedən hazırlanmış metal sari geyimində göz oxşayıb. O, həmçinin böyük ürək formalı Kolumbiya zümrüdlü sırğalarla tərzini tamamlayıb.

Gecənin ən çox müzakirə olunan detalı isə Nitanın əlindəki "Hermes Sac Bijou Birkin" çantası olub. "Kellymorphose" adlı yüksək zərgərlik kolleksiyasına daxil olan bu model qiymətli metaldan hazırlanıb və 3025 almazla bəzədilib. Dünyada bu çantadan cəmi üç ədəd mövcuddur.

Ambaninin lüks seçimi sosial mediada böyük maraq doğurub və qısa zamanda trendə çevrilib. 

Musa
Milli.Az