"Barselona"nın keçmiş ulduzunun dünya gözəli arvadı - FOTOlar

18 Oktyabr 2025 05:05

İspan futbolunun əfsanəvi adlarından olan Serji Buskets karyerasına son verdiyini açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi MLS mövsümünün başa çatmasının ardından futboldan ayrıldığını bəyan edib.

O, paylaşımında yazıb:

"Hər kəsə və futbola hər şey üçün ürəkdən təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olacaqsınız."

Beləliklə, dünya və Avropa çempionu artıq ailəsi ilə daha çox vaxt keçirəcək. Busketsin həyat yoldaşı Elena Qalera ilə münasibətləri də futbolsevərlərin diqqətindədir.

Elena Qalera 1990-cı il sentyabrın 7-də Barselonada anadan olub və bu yaxınlarda 35 yaşını qeyd edib. O, uzun illər tibb sahəsində çalışıb - əvvəlcə tibb bacısı, daha sonra fizioterapevt kimi fəaliyyət göstərib.

Cütlük 2013-cü ildə tanış olub, 2014-cü ildə isə münasibətlərini rəsmiləşdiriblər. Onların üç oğlu var - Enzo, Levi və Romeo. Elena "İnter Mayami"nin matçlarında daim ərinə dəstək olur və Busketsin MLS çempionluğunu qazanacağına ümid edir.

Elena həm də Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzonun yaxın dostudur. Onların dostluğu "Kamp Nou" dövründən başlayıb. Elena, Messi PSJ-də oynayarkən də tez-tez Parisə gedərək onunla görüşüb.

Buskets peşəkar karyerası ərzində 21 qol vurub və demək olar ki, hamısını Yelenaya həsr edib. Yalnız bir neçəsi istisnadır - çünki həmin qolları o, həyatının sevgisi ilə tanış olmamışdan əvvəl vurub.

Futbolun səssiz liderlərindən biri olan Serji Buskets indi yeni, ailə dolu bir həyata addım atır.

Hüseyn
Milli.Az