Tarixi qərar - Arda Turanın komandası ölkə dəyişir

15 Oktyabr 2025 21:42

Baş məşqçiliyi Arda Turana həvalə olunan Şaxtyor Donetsk klubunda diqqətçəkən qərar qəbul edilib. İddialara görə, Ukraynanın köklü futbol komandası artıq Rusiya Liqasında oynamaq üçün rəsmi lisenziya müraciəti edib və qəbul olunduğu təqdirdə Rusiya 2-ci Liqasından mübarizəyə başlayacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub lisenziya və qeydiyyat proseslərini tamamlayıb və Rusiya Futbol Federasiyasından ilkin təsdiq alıb. Bu addım dünya futbol ictimaiyyətində böyük səs-küy yaradıb.

Məlumata əsasən, Şaxtyor Donetsk Rusiya 2-ci Liqası - B Liqa, 1-ci qrupda çıxış edəcək və ev oyunlarını Krımda keçirəcək. Klub həmçinin Rusiya Kubokunda iştirak etməyəcəyini açıqlayıb.

Qərarın qəbulunda FIFA və UEFA-nın Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirli olduğu bildirilir. Klubun yalnız liqada iştirak edərək Avropa turnirlərindən kənarda qalmamaq istədiyi qeyd olunur.

Bu addım yalnız idman dünyasında deyil, beynəlxalq siyasi müstəvidə də mübahisələrə səbəb ola biləcək qərar kimi qiymətləndirilir. Ukrayna-Rusiya gərginliyinin davam etdiyi bir dövrdə belə bir addımın "idman siyasətdən kənar qala bilərmi?" sualını yenidən gündəmə gətirdiyi vurğulanır.

Lalə Qüdrətova
Milli.Az