Bu şəhər telefon oğurluğuna görə məşhurdur

16 Oktyabr 2025 08:08

London 2024-cü ildə smartfon oğurluğunda rekord qırıb.

Milli.Az xəbər verir ki, şəhərdə 80 min telefon oğurlanıb, bu da əvvəlki ilə nisbətən əhəmiyyətli artımdır. Oğrular elektrikli velosipedlərlə piyadaların telefonlarını dartıb aparır və sonra onları xaricə göndərirlər. Polis son əməliyyatda 2 000 oğurlanmış telefon və 200 000 funt nağd pul ələ keçirib, eyni zamanda qrup rəhbərləri saxlanılıb.

Ekspertlər bu artımı hüquq-mühafizə büdcəsinin azalması və velosipedlərin geniş yayılması ilə əlaqələndirir. London polisi oğurluqların çox az hissəsində məsuliyyətə cəlb olunma olduğunu bildirir, 106 000 hadisədən yalnız 495 nəfər ittiham olunub.

Asya
Milli.Az