"Uşaqlar mənə "ana" deməyə başlayıblar"

16 Oktyabr 2025 11:12

Müğənni Alişan ailəsi ilə bağlı şəxsi həyatından danışıb.

Milli.Az xəbər verir ki, sənətçi övladlarının ona "ana" deyə müraciət etməyə başladığını bildirib:

"Uşaqlar indi mənə həm 'ana', həm də 'ata' deyirlər. Onlara hər iki rolda dayanıram".

Alişan əlavə edib ki, evə gələndə övladları ilə birlikdə vaxt keçirməyə üstünlük verir:

"Evdə olduğum vaxt uşaqlar da yanımda olur, bir yerdə vaxt keçiririk. Buse isə tez-tez şəhər xaricində olur. Allaha şükür, görüntülü danışırıq, bu da həsrəti bir qədər azaldır".

Asya
Milli.Az