Azərbaycanla Braziliya arasında təhsil sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

15 Oktyabr 2025 13:07

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti asında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Milli.Az xəbər verir ki, Fərmana əsasən, 2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməldir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndəməlidir.

Milli.Az