Tramp: “Putin Ukrayna müharibəsini bitirmək istəmir”

15 Oktyabr 2025 12:24

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada gedən müharibəni dayandırmağa maraqlı deyil.

Milli.Az xəbər verir ki, Tramp vurğulayıb ki, hərçənd Putinlə şəxsi münasibətləri yaxşıdır, lakin onun bu münaqişəyə son qoymaq niyyəti yoxdur.

"Əgər o istəsəydi, bu böhran çoxdan sona çata bilərdi", -deyə Tramp fikrini əlavə edib.

ABŞ lideri həmçinin açıqlayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın günlərdə Vaşinqtona səfəri gözlənilir. Səfər zamanı Zelenskinin ABŞ-dən əlavə silah yardımı, o cümlədən "Tomahawk" qanadlı raketləri tələb edəcəyi bildirilir.

Bundan öncə "Axios" portalı mənbələrə istinadən yazmışdı ki, Tramp və Zelenski arasında telefon danışığı baş tutub və bu zaman "Tomahawk" raketlərinin verilməsi məsələsi də gündəmə gəlib. Lakin həmin vaxt yekun qərar verilməmişdi.

Asya
Milli.Az