Hüseyn Həsənov yoxa çıxdı

15 Oktyabr 2025 10:43

Rusiyada məşhurlaşmış azərbaycanlı bloger Hüseyn Həsənov təxminən iki aydır sosial şəbəkələrdə heç bir paylaşım etmir.

Milli.Az xəbər verir ki, onun həm "Instagram", həm də "Telegram" fəaliyyətini dayandırması izləyicilər arasında suallar yaradıb.

Bloger 2019-2021-ci illərdə vergidən yayınmaqda və cinayət yolu ilə əldə olunmuş vəsaitin leqallaşdırılmasında ittiham olunur. Moskva məhkəməsi onun barəsində çıxarılan qiyabi həbs qərarını qüvvədə saxlayıb. Əgər günahı sübuta yetirilərsə, Həsənovu 7 ilə qədər həbs cəzası gözləyir. Bundan əlavə, ona məxsus "Banda" MMC də vergi xidməti tərəfindən ləğv olunub.

Məlumata görə, Hüseyn Həsənov son vaxtlar Rusiyanı tərk edərək Azərbaycanda yaşayıb, daha sonra isə Türkiyə və BƏƏ-yə səfər edib. O, hazırda Rusiya tərəfindən beynəlxalq axtarışdadır.

Asya
Milli.Az