Kürdəmirdə ailə faciəsi: "Boşanacaqdılar, biz barışdırdıq"

15 Oktyabr 2025 10:11

Kürdəmirdə ailə faciəsi baş verib. Kənd sakini Nizami Hüseynovun həyat yoldaşı 31 yaşlı Sara Hüseynovaya bıçaqla bir neçə dəfə xəsarət yetirməsi ilə nəticələnib. Yaralı qadın dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az xəbər verir ki, həkimlərin verdiyi məlumata görə, ona döş qəfəsinin arxa nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və təcili cərrahi əməliyyat keçirilib. Hazırda Sara Hüseynovanın müalicəsi reanimasiya şöbəsində davam edir və onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə ilə bağlı zərərçəkmişin qayınatası, Xəqani Hüseynov baş verənlər haqqında bildirib ki, uşaqlar gecə zəng edib dedilər ki, valideynləri arasında mübahisə düşüb:

"Mən evə çatanda anam onları sakitləşdirməyə çalışırdı. Sara artıq yaralanmışdı, onu dərhal xəstəxanaya apardım. Əvvəllər boşanmaq üçün sənəd vermişdilər, biz onları barışdırmışdıq, amma görünür, problemlər davam edirmiş".

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırmalar aparılır.

Asya
Milli.Az