Üzü səhv yumaq qocalmanı sürətləndirir

15 Oktyabr 2025 21:08

Dərinin təmizlənməsi düzgün aparılmadıqda, bu, onun vaxtından əvvəl qocalmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bunu "SM-Kosmetologiya" klinikasının həkim-kosmetoloqu İrina Troitskaya açıqlamasında bildirib.

Qadınların çoxu üz yuma mərhələsini ya ötürür, ya da səhv yerinə yetirir, nəticədə dərinin qoruyucu funksiyası pozulur.

Mütəxəssisin sözlərinə görə, dərini lazımi qədər təmizləmədikdə onun səthində yağ, toz, kosmetika qalığı və oksidləşmiş maddələr yığılır. Bu, sərbəst radikalların aktivliyini artırır, hüceyrələrin yenilənməsini ləngidir və dərinin tutqun, elastikliyini itirmiş hala gəlməsinə səbəb olur. Nəticədə iltihab, məsamələrin tıxanması və erkən qırışlar yarana bilər.

Troitskaya qeyd edib ki, "çərçivəsiz təmizlik" adlandırılan, yəni dərinin "cırıltıya qədər" yuyulması da az yumaq qədər zərərlidir:

"Aqressiv tərkibli yuyucu vasitələr və tez-tez üzü yumaq lipid baryerini dağıdır. Bu baryer dərini qurumaqdan və nəm itkisinə qarşı qoruyur. Nəticədə dəri quruyur, həssaslaşır və qırışlar yaranır."

Kosmetoloq pH səviyyəsi 5,5 olan yumşaq təmizləyiciləri istifadə etməyi, yuyunduqdan sonra üzü dəsmalla silmək əvəzinə yumşaq şəkildə qurulamağı tövsiyə edib.

Troitskaya həmçinin tonik və nəmləndirici kremin vacibliyini vurğulayıb:

"Tonik dərinin balansını bərpa edir, nəmləndirir və kremə hazırlayır. Ardınca çəkilən yüngül nəmləndirici krem lipid qatını möhkəmləndirir və dərinin gənc görünüşünü qorumağa kömək edir."

Mütəxəssislər xəbərdarlıq edir ki, səhv yuma vərdişi dərinin qocalma prosesini illərlə tezləşdirə bilər.

İsmayıl
Milli.Az