Mbappenin meydana qayıdış tarixi bəlli oldu

15 Oktyabr 2025 10:00

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirilən oyunda topuq zədəsi alan Fransa millisinin hücumçusu Kilian Mbappenin yaşıl meydanlara nə vaxt dönəcəyi müəyyənləşib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu milli fasilədən sonra "Real Madrid"in düşərgəsinə komanda yoldaşlarından bir qədər gec qoşulacaq.

Bununla belə, Mbappe "Kral klubu"nun çərşənbə axşamına planlaşdırılan məşqində iştirak edəcək.

Qeyd olunur ki, hücumçu La Liqanın IX turunda "Xetafe" ilə oyunda meydana çıxmaq ehtimalı var.

Tural
Milli.Az