Ronaldo yeni rekorda imza atdı

15 Oktyabr 2025 00:57

"Əl-Nəsr"in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo yeni idman rekordu müəyyənləşdirib.

Milli.Az xəbər verir ki, Ronaldo karyerasında 947-ci qolunu Portuqaliyanın DÇ-2026-nın seçmə mərhələsində Macarıstana qarşı oyunu zamanı vurub.

Bu qol Ronaldonun 40-cı qolu olub və dünya çempionatının seçmə oyunlarında vurulan qollara görə rekorddur.

Bundan əvvəlki rekord dünya çempionatının seçmə mərhələsində 39 qol vuran Qvatemala millisinin hücumçusu Karlos Ruisə məxsus idi.

Milli.Az