Çilidə 5,7 ballıq zəlzələ oldu

14 Oktyabr 2025 22:42

Çilidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Sismoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 105 min nəfər əhalisi olan Alto-Ospisio şəhərindən şimal-şərq istiqamətində 109 km məsafədə yerləşib.

Zəlzələnin ocağı 111 km dərinlikdə olub.

Hazırda zəlzələnin səbəb olduğu dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Milli.Az