“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:11

Fabiyan Buntiç qış fasiləsində "Qarabağ"ı tərk edə bilər.

Xorvatiyalı qapıçı menecerlər vasitəsilə Avropada klub axtarışına çıxıb.

2024-cü ilin yayında Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalamış balkanlı daim ehtiyatda qalmasından narazıdır,

Kiper yanvarda onu icarəyə götürə biləcək komanda ilə anlaşmağa səy edir. Bir neçə variantı artıq var.

Qurban Qurbanov ötən mövsüm ona az-çox şans tanıyırdı. Bu sezon hələlik belə imkan yaxalamayıb.

Mateuş Koxalski avrokuboklarda əla təsir bağışlayır. Premyer Liqada isə bir çox hallarda Şahruddin Məhəmmədəliyevi "çərçivə" önünə keçən görürük. (sportinfo)

Milli.Az