Müğənni Nazənin Salayeva qonaq olduğu efirdə kövrək anlar yaşayıb.
Milli.Az xəbər verir ki, sənətçi duyğularına hakim ola bilməyib.
Canlı efir zamanı studiyada Nazənin qardaşının məzarından görüntü yayımlanıb. Bu anı görən müğənni hönkür-hönkür ağlayaraq göz yaşlarına boğulub. Tamaşaçılar da bu kövrək anlardan təsirlənib.
Məlumata görə, Nazənin iki qardaşı dənizdə faciəli şəkildə həlak olub. Buna görə də müğənni su səsindən qorxduğunu etiraf edib. Qardaşlarının itkisi onun həyatında dərin iz buraxıb.
Nazənin sözlərinə görə, illər keçsə də, bu ağrı heç vaxt unudulmur:
"Hər dəfə dəniz səsi eşidəndə ürəyim sıxılır. Qardaşlarımın itkisi məni bu səslərə qarşı qorxaq edib".
Tamaşaçılar sənətçiyə dəstək və təsəlli dolu şərhlər ünvanlayıblar.
Musa
Milli.Az