Vitamin D çatışmazlığı artıq çəkiyə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bunu rusiyalı endokrinoloq və dietoloq Diana Erikanova bildirib.
"Piylənməsi olan insanlarda vitamin D səviyyəsi normal bədən çəkisinə malik insanlarla müqayisədə orta hesabla 20 ilə 30 faiz daha aşağı olur. Bu fərq həm vitamin D qəbulunun, həm də günəş işığına çıxışın eyni olduğu hallarda belə dəyişmir.
Vitamin D çatışmazlığı ilə artıq çəki arasında qarşılıqlı əlaqə var. Yəni həm artıq çəki vitaminin mənimsənilməsinə mane olur, həm də vitamin çatışmazlığı bədənin daha çox yağ toplamasına şərait yaradır. Bu iki proses çox vaxt paralel şəkildə inkişaf edir".
Həkim izah edir ki, vitamin D yağ hüceyrələrində yığılır və bu halda orqanizm üçün əlçatan olmur. Bu səbəbdən qanda vitamin səviyyəsi aşağı düşür, hətta qəbul kifayət qədər olsa belə. Eyni zamanda qaraciyər və böyrəklərdə vitamin D nin aktiv forması daha az sintez olunur. Bu vəziyyət xüsusilə qaraciyərin piylənməsi olan insanlarda daha qabarıqdır.
Vitamin D çatışmazlığı insulin müqavimətini də gücləndirir. Bu isə piylənməsi olan insanlarda maddələr mübadiləsini daha da ağırlaşdırır və yağ toxumasının daha tez yaranmasına səbəb olur.
İsmayıl
Milli.Az