Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumunu təsdiq edib

14 Oktyabr 2025 16:06

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu" təsdiq edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanunu təsdiq edib.

Qanuna əsasən, Anlaşma Memorandumu 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanıb.

Milli.Az