Qubada 30 yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı

14 Oktyabr 2025 15:36

Qubada 30 yaşlı kişi itkin düşüb.

Milli.Az xəbər verir ki, rayonun Mirzəməmməd kənd sakini Seymur Bəhruz oğlu İsmayılov oktyabrın 7-si yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Bildirilir ki, o həmin gün bibisi oğlu ilə görüşüb və birgə yeyib-içiblər. Daha sonra S.İsmayılovun məclisi sərxoş halda tərk etdiyi və ondan xəbər alınmadığı bildirilir.

Məsələ ilə bağlı müvafiq tədbirlər görülür.

Milli.Az