World Coaching Organization (WCO) Beynəlxalq Kouçluq Sertifikasiya Təlimi (ICC) proqramı ilə Bakıda çıxış edəcək

14 Oktyabr 2025 16:05

Bakıda ilk dəfə Beynəlxalq Kouçinq Sertifikatı (ICC) - SOULMIND və World Coaching Organization-un təşkilatçılığı ilə World Coaching Organization (WCO) illərdir dünyanın müxtəlif ölkələrində fərdlərin və təşkilatların inkişafına yönəlmiş beynəlxalq kouçluq proqramları həyata keçirir.

Bu il isə proqram ilk dəfə Azərbaycanda keçiriləcək.

12, 13 və 14 dekabr tarixlərində World Coaching Organization (WCO) Beynəlxalq Kouçluq Sertifikasiya Təlimi (ICC) proqramı ilə Bakıda çıxış edəcək.

Tədbir, Soulmind və World Coaching Organization (WCO) arasında Finlandiyanın Helsinki şəhərində imzalanmış əməkdaşlıq memorandumunun nəticəsində həyata keçirilir və Azərbaycanda kouçluq sahəsində yeni bir mərhələnin başlanğıcını qoyur.

Təlimlərdə sosial psixoloq və liderlik kouçu Pauliina Hallama (Finlandiya) və WCO İnkişaf üzrə Baş Direktoru John Swallow (Finlandiya)  iştirak edəcəklər. İştirakçılar qarşılıqlı öyrənmə, dərin anlayış və peşəkar inkişaf prosesini təcrübədən keçirəcəklər.
Təlim Paketləri:

DISCOVER paketi - (Sadə paket)
• 30 saatlıq canlı təlim
• World Coaches Community-yə dəvət
• İştirakçı sertifikatı təqdim olunacaq
DEVELOP paketi - (Ən çox seçilən və optimal paket)
• 60 saatlıq ümumi proqram:
o 30 saat canlı təlim
o 30 saat praktikaya yönəlik çalışma (superviziya)
• Praktiki biliklər, dərin təcrübə və real kouçluq bacarıqları.
EXCEL paketi - (Premium paket)

Develop paketinin bütün məzmununu əhatə edir və əlavə olaraq:

• 1 illik ödənişli World Coaches Community üzvlüyü
• Master Kouç ilə 60 dəqiqəlik 1:1 fərdi kouçinq və ya mentorluq sessiyası
• Peşəkar kouçluq sahəsində fərqlənmək və beynəlxalq arenada inkişaf etmək istəyənlər üçün yaradılmış premium təlim proqramıdır.

Təlim saatını uğurla tamamlayanlara Beynəlxalq Kouçluq Sertifikatı (ICC) təqdim olunacaq.
Qeydiyyat keçmək üçün tələsin!  Yerlər məhduddur.! 

Qeydiyyatdan keçmək üçün keçid: https://tally.so/r/mBNvBY

Tədbirin təşkilatçısı - Soulmind haqqında

Soulmind, zehin, bədən və ruhun qarşılıqlı əlaqəsini elmi yanaşma, psixoloji analitika və innovativ metodlarla birləşdirən müasir inkişaf platformasıdır.
Məqsədimiz - insanın zehin-bədən-ruh səviyyəsində tam transformasiyasını elmi metodlar, psixoloji data analitika və innovativ texnologiyalar vasitəsilə həyata keçirməkdir.

Soulmind komandası müxtəlif elm sahələrindən gələn psixoloqlar, kouçlar, HR və idarəetmə mütəxəssisləri, tədqiqatçılar, təlimçilər və yaradıcı düşüncə sahiblərindən ibarətdir.

Komandanın hər bir üzvü öz sahəsində yüksək akademik hazırlığı, beynəlxalq təcrübəsi və elmi dəyərlərə sadiqliyi ilə seçilir.

Bu müxtəliflik sayəsində Soulmind həm fərdi, həm də təşkilati səviyyədə elmi əsaslı, çoxşaxəli və mədəni kontekstə uyğun inkişaf təcrübələri təqdim edir.
Hər bir proqramın arxasında elmi sübutlara əsaslanan metodologiya, etibarlı beynəlxalq təcrübə və insan mərkəzli yanaşma dayanır.
Əlavə məlumat və əlaqə üçün: 
E: [email protected]
WhatsApp: +994 70 404 86 06 / +994 70 404 76 06
Instagram: @soulmindofficial
LinkedIn: SOULMIND
TikTok: @soulmindofficial
Web: www.soulmind.az

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az