Bürclərin hər birinin özünəməxsus xarakteri və enerjisi var. Bəziləri insanı dərhal özünə çəkir, bəziləri isə əksinə - söhbət zamanı belə zamanın dayanmış kimi hiss etdirir.
Milli.Az xəbər verir ki, Astrologiyaya görə, bəzi bürclərlə vaxt keçirmək, sanki bir saat deyil, bir il davam edən söhbət kimidir.
1. Oğlaq (22 dekabr - 19 yanvar)
Oğlaqlar ciddi, planlı və çox vaxt soyuq görünürlər. Həyat haqqında dərin düşünürlər, amma bu düşüncələrini paylaşmaqda çox da maraqlı deyillər. Onlarla söhbət çox zaman iş, məsuliyyət və qaydalar ətrafında dönür, bu da bir çox insan üçün darıxdırıcı ola bilər.
2. Qız (23 avqust - 22 sentyabr)
Qız bürcü analitik düşüncəyə malikdir və hər şeydə mükəmməllik axtarır. Lakin bu xüsusiyyət bəzən onları çox tənqidi və yorucu göstərir. Kiçik detallara həddindən artıq diqqət etmələri səbəbindən, əyləncəli mövzular belə onların yanında cansıxıcı görünə bilər.
3. Buğa (20 aprel - 20 may)
Buğalar sakitliyi və sabitliyi sevir. Onların enerjisi adətən çox "yavaş" olur. Dəyişiklikdən xoşlanmadıqları üçün hər zaman eyni şeylərdən danışır və rutindən çıxmaq istəmirlər. Bu da onları ən "monoton" bürclərdən birinə çevirir.
4. Balıq (19 fevral - 20 mart)
Romantik və xəyallara qapılan Balıqlar bəzən reallıqdan uzaq olur. Onların söhbətləri çox vaxt emosional və dərin mövzulara yönəlir, bu isə praktik insanları asanlıqla bezdirə bilər.
5. Dolça (20 yanvar - 18 fevral)
Dolçalar ağıllı, amma bir o qədər də qəribədirlər. Fikirlərinin çoxu bəzən o qədər "uçur" olur ki, onları başa düşmək çətinləşir. Nəticədə, onlarınla ünsiyyət bəzən maraqlı deyil, əksinə yorucu və uzaq görünür.
Astroloqların fikrincə, bu bürclər darıxdırıcı olsalar da, dərin və etibarlı dostluq münasibətləri qura bilirlər. Sadəcə, onlarla ünsiyyətdə səbirli olmaq və uyğun mövzu tapmaq kifayətdir.
Musa
Milli.Az