Ofis işçilərinin ən böyük "dərdi" - Həkimdən çarə

3 Dekabr 2025 20:00

Hər bir ofis işçisi ən azı bir dəfə bel ağrısı ilə üzləşib. Bəziləri isə bu problemi daim yaşayır.

Milli.Az xəbər verir ki, neyroxirurq Stanislav Timonin açıqlamasında ofis işçilərində bel ağrılarının dörd əsas səbəbini açıqlayıb.

İlk səbəb uzun müddət hərəkətsiz oturmaqdır. Araşdırmalar göstərir ki, gün ərzində saatlarla hərəkətsiz oturma xroniki bel ağrısına gətirib çıxarır. Hətta idman zalına gedən işçilər də gün ərzində oturduqları vaxtın təsirindən qurtula bilmirlər.

İkinci səbəb monitorun düzgün yerləşdirilməməsidir. Monitor aşağı olduqda baş irəli əyilir, çiyinlər əyilir, bel qövs əmələ gətirir. Nəticədə boyun və çiyinlərdə ağrı başlayır, bel də qoşulur. Həkim tövsiyə edir ki, monitor göz səviyyəsində və birbaşa qarşıda yerləşdirilsin.

Üçüncü səbəb ofis həyatının hərəkətsizliyidir. İnsan bədəni hərəkət üçün yaradılıb, lakin stul-lif-maşın-divan ritmi əzələləri zəiflədir və bel ağrısına səbəb olur.

Dördüncü səbəb isə oturma vərdişidir. Uzun müddət əyilmiş oturma əzələlərdə balanssızlıq yaradır, ağrını davamlı edir. Həkim buna "ofis epidemiyası" deyir.

Bel ağrısı ilə mübarizə üçün Timonin monitor və stulu düzgün yerləşdirmək, gün ərzində gəzişmək və hərəkət vərdişlərinə diqqət yetirməyi tövsiyyə edir.

İsmayıl
Milli.Az