Dişlərin gizli düşməni açıqlandı

3 Dekabr 2025 19:00

Uzunmüddətli stres yalnız əsəb sistemini zəiflətmir, həm də diş və diş əti problemlərini xeyli artırır.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı stomatoloq Olqa Xar­lamova məlumat verib.

Onun sözlərinə görə, gərginlik fonunda ən çox rast gəlinən problem bürüksizmdir. İnsan gecə dişlərini qıcıyanda və ya gün ərzində qeyri-iradi şəkildə sıxanda diş minası zədələnir, çatlar yaranır, həssaslıq artır və çənə oynaqlarında ağrı müşahidə olunur.

"Stress hormonu hesab olunan kortizolun artması ağızda quruluğa səbəb olur. Salyanın azalması kariyes riskini çoxaldır, ağızda xoşagəlməz qoxu yaradır və diş daşının əmələ gəlməsini sürətləndirir".

Xar­lamova hesab edir ki, yüksək stress fonunda diş əti xəstəlikləri daha asan inkişaf edir. Damarlardakı daralma səbəbindən diş əti toxumaları zəifləyir və iltihab qısa müddətdə yayılır. Vaxtında müdaxilə edilməzsə, gingivit parodontitə çevrilə bilər ki, bu da diş itkilərinə gətirib çıxarır.

Stomatoloq problemlərin qarşısını almaq üçün dişləri gündə iki dəfə fırçalamaq, diş sapı və ya irriqator istifadə etmək, müntəzəm professional təmizlikdən keçmək, bürüksizm hallarında xüsusi gecə qapaqlarından yararlanmaq, gün ərzində kifayət qədər su içmək, şirin və qazlı içkiləri azaltmaq, tərəvəz və meyvələri artırmağı tövsiyyə edib.

İsmayıl
Milli.Az