İnsanlar hər zaman çalışırlar ki, təbii qatqısız süd məhsulları alsınlar. Əvvəllər belə məhsulları metal qablarda satırdılar. Alıcılar isə südü evdən gətirdikləri şüşə qablara tökürdülər. Amma hazırda bir çox yerlərdə süd plastik qabalrda satılır.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qatıq, ayran, kefir, süd kimi məhsulların plastik qablarda satılması doğru deyil:
"Plastik qabda saxlanılarsa, onların tərkibində insan sağlamlığına zərərli maddələrin aktivləşməsinə səbəb ola bilər. Bu kimi məhsullar şüşə qabda saxlanılmalıdır. Bəzən ağartı məhsulları balonlarda, şüşə butulkalarda danışır. Bu daha uyğun versiyadır".
Şüşə qabların qırılma riski olduğuna görə satıcılar isə adətən bu cür daşımadan imtina edirlər.
Qeyd edək ki, süd tez xarab olan məhsul olduğuna görə daşıma və saxlama şəraitinə mütləq diqqət etməlidir. Əks halda sağlamlığınız üçün zərərlidir.
Aysel Əkbər
Milli.Az