Hollivudun əfsanəvi aktrisası Dayan Kitonun ölümündən sonra onun arxasında böyük bir sərvət qoyduğu məlum olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məşhur ulduzun ümumi varidatı təxminən 100 milyon dollar dəyərində qiymətləndirilir.
Heç vaxt evlənməyən və bioloji övladı olmayan Kiton 50 yaşında iki uşağı - Dekster adlı qız və Dyuk adlı oğlanı övladlığa götürərək ana olmuşdu.
Aktrisanın vəsiyyətinin detalları hələlik açıqlanmayıb, lakin onun sərvətinin kimə miras qalacağı böyük maraq doğurur.
Qeyd edək ki, "Oskar" mükafatlı Dayan Kiton "Enni Holl" və "Xaç atası" kimi kult filmlərdəki rolları ilə dünya şöhrəti qazanmışdı. Aktrisa oktyabrın 11-də, 80 yaşında dünyasını dəyişib.
Hüseyn
Milli.Az