Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində konfrans keçirilib

14 Oktyabr 2025 09:10

Bakıda "Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər" mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli.Az xəbər verir ki, tədbir Bakı Konqres Mərkəzində təşkil olunub.

Tədbirdə Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov, Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) prezidenti Duro Sessa, Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) birinci vitse-prezidenti Valter Baron və Beynəlxalq Hakimlər Assosiasiyasının Vitse-Prezidenti Marcelle Kouassi çıxış ediblər.

Qeyd edək ki, konfrans "Konstitusiya və Suverenlik ili" çərçivəsində keçirilib.

Milli.Az