29 illik ailələri dağıldı

14 Oktyabr 2025 10:15

Türkiyənin tanınmış iş adamı Ali Sabancı ilə "Doğan" ailəsinin üzvü Vuslat Doğan Sabancı 29 illik evliliklərinə rəsmi olaraq son qoyublar.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük birgə açıqlama yayaraq boşanmanı dostcasına həyata keçirdiklərini və heç bir maddi tələbin irəli sürülmədiyini bildirib.

Açıqlamada qeyd olunub:

"Birlikdə həm xoşbəxt, həm də çətin illərimiz olub. Lakin son zamanlar münasibətlərimizdə fərqli baxışlar yaranmağa başladı. Bütün səylərimizə baxmayaraq, eyni istiqamətdə gedə bilmədik. Buna görə də evliliyimizi bitirmək qərarına gəldik."

Mətbuatda yayılan 5 milyard TL (təxminən 203 milyon AZN) məbləğində təzminat xəbərləri isə hər iki tərəf tərəfindən təkzib edilib.

Hüseyn
Milli.Az