“BMW” və “Renault” toqquşdu, ölən var - FOTO

14 Oktyabr 2025 09:27

Dünən saat 15 radələrində Zərdab-Ucar yolunda ağır qəza baş verib.

Milli.Az xəbər verir ki, yolun Zərdabda yerləşən 51 saylı qəsəbədən keçən hissəsində Nihat Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi "BMW 320i" ilə Mustafa Məmmədovun sürdüyü "Renault Meqan" markalı avtomobil toqquşub.
Ətraflı

Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Sərnişinlər - Gündüz Yusif oğlu Novruzov və Məhəmməd Qurban oğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.

Milli.Az