Avroviziya təmsilçimiz Samirə Əfəndi "Silk way star" müsabiqəsində halının pisləşməsi ilə bağlı açıqlama yayıb.
Milli.Az xəbər verir ki, bu barədə Samirə instaqramda paylaşım edib.
O, hazırda yaxşı olduğunu bildirib:
"Çoxsaylı məktublar alıram. Nigaran qalmayın. Mən indi yaxşıyam. Vəziyyətim stabildir.
Təzyiqim düşmüşdü. Vaxtında ilkin yardım göstərildi və özümə gəldim".
Milli.Az