Gəncədə ağır qəza - 3 nəfər xəsarət alıb - FOTO

13 Oktyabr 2025 22:54

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili "Chevrolet"-ə arxadan çırpılıb.

Zərbənin təsirindən "Chevrolet" yol kənarındakı ağaca dəyib.

Qəza zamanı 1968-ci il təvəllüdlü E. Qurbanova, 1972-ci il təvəllüdlü S. Allahverdiyev və 1999-cu il təvəllüdlü R. Yusifzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən "Chevrolet" Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsusdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az