Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü - FOTO

13 Oktyabr 2025 23:27

Əməkdar artist Rafael İsgəndərovun oğlu aktyor Fuad İsgəndərov çəkdiyi növbəti video ilə izləyicilərini güldürməyi bacarıb.

Milli.Az xəbər verir ki, o, "atalar yemək yeyəndə" başlığı ilə paylaşdığı videoda səs-küylə yemək yeyən Azərbaycan kişisinin obrazını yaradıb.

Onun bu videosunu atası R.İsgəndərov cavabsız qoymayıb.

"Sonra da desinlər ki, bunun atası evdə belə yemək yeyir", - deyə aktyor yazıb.

Onun bu şərhi qısa zamanda 3600 bəyənmə toplayıb. (Ölkə.Az)

Milli.Az