Azərbaycan Ukrayna millisinə məğlub oldu - YENİLƏNİB

14 Oktyabr 2025 00:40

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.

Milli.Az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.

Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, Fransa millisi 10 xalla D qrupunun lideridir. Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

------------

Ruslan Maliovski 64-cü dəqiqədə Ukraynanı yenidən hesabda önə çıxarır.

----------
45+3-cü dəqiqədə ukraynalıların heyətində Vitali Mikolenko avtoqola imza atır.

-----------
30-cu dəqiqədə Aleksey Qutsulyak fərqlənir.

---------

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Milli.Az xəbər verir ki, D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olacaq.

Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: Sebastyan Qişamer (Avstriya).

"Krakoviya" stadionu.

DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada keçiriləcək Ukrayna-Azərbaycan matçının start heyətləri bəlli olub.

Komandalar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək matça aşağıdakı heyətlə çıxacaq:

Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə

Milli.Az