Azərbaycan regional diplomatiyanın ön sıralarındadır – Hikmət Hacıyev - VİDEO

13 Oktyabr 2025 20:50

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında sammitdən görüntülər paylaşıb.

"Yaxın Şərqdə sülh!!! Gözümüzün qabağında tarix hazırlanır!!! Azərbaycan regional diplomatiyanın ön sıralarındadır!!!", - paylaşımda qeyd olunub.

Milli.Az