Bəhlul Mustafazadənin atası: "Oğlum legioner həyatı yaşamaq istəyir"

13 Oktyabr 2025 20:06

"Bəhlul legioner həyatı yaşamaq istəyir. Bu onun uşaqlıq arzusudur. Mən buna müsbət yanaşıram".

Milli.Az xəbər verir ki, bunu milli komandanın və "Qarabağ"ın 28 yaşlı müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev Futbolinfo.az saytına müsahibəsində deyib.

O, bildirib ki, hələlik hər hansısa təklif yoxdur:

"Amma gəlsə, çox isti yanaşaram. İstəyərəm ki, öz arzusunu reallaşdırsın. Tək legioner həyatı yaşamaqla da iş düzəlmir. Elə istəmirik. Elə komanda olsun ki, Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etsin. Avropa arenalarında iştirak edən komandalar arasında yer alsın. Xaricdə elə komandalar var ki, ömürboyu Avropa arenalarında oynamır. Elə komandada oynamasını istəmərəm. Orta səviyyəli, amma ÇL və ya Avropa Liqasında çıxış edən komandada oynamasını istəyərəm".

Futbolçunun atası Bəhlulun son oyunlardakı performansını da dəyərləndirib:

"Əlindən gələni etdi. Bu mövsüm yeni Bəhlul görəcəksiniz. Həm "Qarabağ"da, həm də milli komandada göstərdiyi oyun sübut edir ki, yaxşı formadadır və komandasına fayda verə bilir".

Milli.Az