Bakıda "Bentley" qəza törətdi - Yaralı var - VİDEO

13 Oktyabr 2025 17:30

Suraxanı rayonunun Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşlidən Köhnə Günəşli istiqamətinə gedən yolda, saat 12-də qeydə alınıb.

"Mercedes" markalı, 99-GU- 414 dövlət nömrə nişanlı avtomobillə, "Bentley" markalı 90-PB-074 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində "Mercedes-Benz"in sürücüsü Fazil Məhəmməd oğlu Məmmədov xəsarət alıb.

Milli.Az