Aras Bulut yaxta aldı, qiyməti gündəm oldu

13 Oktyabr 2025 18:00

Məşhur türk aktyor Aras Bulut İynemli qazandığı gəlirlə etdiyi yeni sərmayə ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Çukur" və "İçerde" kimi seriallardakı rolları ilə tanınan aktyor 15 milyon türk lirəsi dəyərində lüks "Sirena" 58 model yaxta alıb.

17 metrlik bu yaxtanın həm rahat salonu, həm də yüksək performansı ilə seçildiyi bildirilir. 

Dənizə böyük marağı ilə tanınan aktyorun bu sərmayəsi səs-küy yaradıb.

Milli.Az