Trampın çıxışı zamanı insident - Zaldan çıxarıldı - VİDEO- FOTO

13 Oktyabr 2025 16:04

Trampın İsrail parlamentində çıxışı zamanı insident yaşanıb.

ABŞ Prezidenti Donald Trampın çıxışı etirazçı tərəfindən yarıda kəsilib.

Milli.Az xəbər verir ki, etiraz şüarları səsləndirən şəxsi qısa zamanda zaldan çıxarıblar.

Tramp çıxışını davam etdirərək Ukrayna-Rusiya müharibəsinə toxunub və bu müharibənin qarşısını almaq üçün atdığı addımlardan danışıb.

Milli.Az