Hər evdə var! - Bu əşyalar sizi sonsuzlaşdırır

13 Oktyabr 2025 20:00

Hər gün evimizdə istifadə etdiyimiz bəzi adi əşyalar, məsələn plastik qablar, yapışmayan tavalar, kosmetik vasitələr və hətta ətirli sabunlar uşaq sahibi olma qabiliyyətini azalda bilər.

Milli.Az xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edir.

Elm adamları bildirir ki, bu əşyaların tərkibində olan endokrin sistemi pozan kimyəvi maddələr (PFAS, BPA və ftalatlar) orqanizmdə hormon balansını dəyişdirir, bu isə həm qadınlarda, həm də kişilərdə məhsuldarlığa mənfi təsir göstərir.

Britaniyanın Imperial College London universitetinin mütəxəssisləri qeyd edirlər ki, bu kimyəvi maddələr qida, hava və dəri vasitəsilə bədənə daxil olur və zamanla yumurtalıqlarda və sperma hüceyrələrində yığılaraq reproduktiv funksiyanı zəiflədir.

Alimlər bu yollarla riski azaltmağı tövsiyə edir:

Bu kimyəvi maddələrin tamamilə qarşısını almaq çətin olsa da, gündəlik vərdişlərdə kiçik dəyişikliklər gələcəkdə uşaq sahibi olma ehtimalını artırmağa kömək edə bilər.

İsmayıl
Milli.Az