"Müharibə bitdi" - Netanyahu

13 Oktyabr 2025 12:48

"Müharibə bitdi," - Netanyahu Knessetdə ilk dəfə bəyan edib.

Milil.Az xəbər verir ki, Tramp isə İsrail parlamentində çıxışı zamanı Qəzza sektorundakı müharibənin də başa çatdığını bildirib.

Tramp çıxışında qeyd edib: 

"Müharibə bitdi. Bu, böyük və gözəl gündür. Yeni bir başlanğıcdır".

O, əlavə edib ki, HƏMAS tərksilah planına sadiq qalır.

Qeyd edək ki, Tramp İsrailə səfərindən sonra Misirdə baş tutacaq Sülh sammitinə yollanacaq.

Fidan
Milli.Az