İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampı prezidentin Şərəf Medalı ilə təltif edib.
Milli.Az xəbər verir ki, bu barədə İsrail ofisi məlumat yayıb.
Qeyd olunur ki, bu mükafat ölkənin ən yüksək mükafatı sayılır. Mükafat Trampa Qəzza zolağında israilli girovların azad edilməsində göstərdiyi xidmətlərə görə verilib.
Mükafatın elanı Amerika liderinin İsrailə bu gün başlayan səfəri ilə eyni vaxta təsadüf edir. Medalın özü ABŞ rəhbərinə yaxın aylarda təqdim olunacaq.
Fidan
Milli.Az