Mbappenin karyerasının ən mühüm QƏRARI

13 Oktyabr 2025 12:45

"Real Madrid"in və Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe futbol karyerasında həyatının ən vacib qərarını necə verdiyini açıqlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu müsahibəsində 14-15 yaşında "Monako" akademiyasına keçməsini karyerasının dönüş nöqtəsi adlandırıb:

"Monako akademiyasına qəbul olunanda 14-15 yaşım vardı və artıq haqqımda danışmağa başlamışdılar. Bu, mənim üçün xüsusi bir mərhələ idi. Fərqli olduğumu hiss edirdim, amma bunun yaxşı, yoxsa pis olduğunu demək çətin idi. O yaşda sadəcə uşaqlıq edirsən", - Mbappe bildirib.

Ulduz futbolçu həmçinin əlavə edib ki, məhz "Monako"da o, öz potensialını və istedadını tam şəkildə göstərmək imkanı qazanıb:

"Yüksək səviyyəli peşəkar olmaq üçün lazım olan hər şeyi orada öyrəndim. Tyerri Anri ilə müqayisələr mənə motivasiya verirdi, amma əsas məqsədim həmişə çox çalışmaq idi."

Mbappe "Monako" akademiyasından başlayaraq "Monako", "Pari Sen-Jermen" və indi də "Real Madrid" kimi klublarda parlayıb, Fransa millisi ilə isə dünya çempionu titulunu qazanıb.

Hüseyn
Milli.Az